23 iyul 2026. Cümə axşamı

"Qarabağ" evdə ÇSKA-nın qapısını aça bilmədi


  • Avroliqa
  • 22:29 23.07.2026
  • Oxunma sayı: 45
"Qarabağ" evdə ÇSKA-nın qapısını aça bilmədi

"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib.

Gərgin mübarizə şəraitində keçən oyunda tərəflər qol vurmağı bacarmayıblar və matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, cütün taleyinə iyulun 30-da Sofiyada keçiriləcək cavab qarşılaşmasında aydınlıq gələcək.

Qeyd edək ki, bu cütün qalibi UEFA Avropa Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi "Şerif"lə İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasındakı cütün güclüsü ilə qarşılaşacaq.







Avroliqa