24 iyul 2026. Cümə

“Benfika” Avropa Liqasına məğlubiyyətlə başladı


  • Avroliqa
  • 23:57 23.07.2026
  • Oxunma sayı: 54
“Benfika” Avropa Liqasına məğlubiyyətlə başladı

“Benfika” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən start verib.  

90deqiqe.Az-ın məlumatına görə, Marku Silvanın rəhbərlik etdiyi komanda səfərdə “Sankt-Qallen”in qonağı olub.

Portuqaliya təmsilçisi görüşün favoriti hesab olunsa da, meydan sahibləri gözlənilməz qələbəyə seviniblər.

Matçın hesabı 37-ci dəqiqəyə qədər açılmayıb. Bu dəqiqədə Aliu Balde “Sankt-Qallen”i hesabda önə keçirib. Lissabon klubunun “qartalları” fasiləyə qədər tarazlığı bərpa etməyə nail olublar. Rafa Silva fərqlənərək hesabı bərabərləşdirib.

Oyunun 80-ci dəqiqəsində İsveçrə təmsilçisi yenidən önə keçib. Bu dəfə Tom Qall komandasının ikinci qoluna imza atıb.

Qarşılaşma “Sankt-Qallen”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İsveçrə klubu “Benfika” üzərində gözlənilməz qələbə qazanıb.

Marku Silvanın komandası cavab oyununda, bir həftə sonra doğma meydanda vəziyyəti dəyişməyə çalışacaq.







Avroliqa