- Avroliqa
- 22:55 30.07.2026
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Türkiyənin "Beşiktaş" klubu səfərdə Danimarka təmsilçisi "Midtyulland"ı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, "MCH Arena"da keçirilən qarşılaşmada İstanbul təmsilçisi qollarını ikinci hissədə vurub.
"Beşiktaş"ın heyətində hesabı 70-ci dəqiqədə Milot Raşitsa açıb. Altı dəqiqə sonra isə Orkun Kökçü penaltidən dəqiq zərbə ilə fərqi artıraraq komandasının qələbəsini rəsmiləşdirib.
Oyunun 54-cü dəqiqəsində "Midtyulland"ın futbolçusu Martin Erliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub və ev sahibi komanda matçı azlıqda başa vurub.
İlk görüşdə də 1:0 hesabı ilə qalib gələn "Beşiktaş" iki oyunun nəticəsinə əsasən 3:0 hesablı üstünlüklə UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Türkiyə təmsilçisi növbəti mərhələdə Çexiyanın "Hradec Králové" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.