- Avroliqa
- 00:52 31.07.2026
UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" turnirdə çıxışını başa vurub.
90deqiqe.Az-ın məlumatına görə, Ağdam təmsilçisi cavab oyununda Bolqarıstanda Sofiya ÇSKA-sı ilə qarşılaşıb. "Vasil Levski" stadionunda keçirilən görüşün əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
Bakıda baş tutan ilk qarşılaşmada da qalib müəyyənləşmədiyindən (0:0), cütün taleyini həll etmək üçün əlavə vaxt oynanılıb. Lakin 30 dəqiqəlik əlavə hissədə də hesab dəyişməyib.
Qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq olan Sofiya təmsilçisi 5:4 hesabı ilə qalib gələrək UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Beləliklə, "Qarabağ" Avropa Liqası ilə vidalaşıb. Qurban Qurbanovun komandası avrokuboklarda mübarizəsini UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.
Ağdam klubu bu mərhələdə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək. Görüşlər avqustun 6-da və 13-də keçiriləcək.