31 iyul 2026. Cümə

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat


  • Avroliqa
  • 13:39 31.07.2026
  • Oxunma sayı: 29
UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli hakim UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Linkoln” (Cəbəllüttariq) – “Omoniya” (Kipr) qarşılaşmasının baş hakimi olacaq.

Oyunda Əliyar Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

VAR hakimi kimi avstriyalı Alan Kijas çalışacaq. AVAR vəzifəsini isə digər azərbaycanlı hakim Nicat İsmayıllı icra edəcək.

Qeyd edək ki, “Linkoln” – “Omoniya” arasında ilk qarşılaşma avqustun 6-da keçiriləcək.







Avroliqa