3 avqust 2026. Bazar ertəsi

"Sabah"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub


  • Avroliqa
  • 15:23 03.08.2026
  • Oxunma sayı: 33
"Sabah"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub

"Sabah" klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə,İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Bakı təmsilçisinin mümkün rəqibi dəqiqləşib. Komanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"a uduzacağı halda, Avropa Liqasının pley-offunda Portuqaliyanın "Benfika" və Şotlandiyanın "Harts" komandaları arasında keçiriləcək cütün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.







Avroliqa