5 avqust 2026. Çərşənbə

"Şemrok Rovers" qələbə qazandı, "Larne" heç-heçə etdi


  • Avroliqa
  • 01:05 05.08.2026
  • Oxunma sayı: 43
"Şemrok Rovers" qələbə qazandı, "Larne" heç-heçə etdi

Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçirilən iki qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "Şemrok Rovers" doğma meydanda Albaniyanın "Eqnatiya" klubunu qəbul edib. İrlandiya təmsilçisi görüşü daha yaxşı keçirərək 3:1 hesablı qələbə qazanıb.

Matçın ilk hissəsində komandalar qarşılıqlı qollarla yadda qalıblar. Fasilədən sonra isə meydan sahibləri üstünlüyü ələ alaraq rəqibin müqavimətini qıra biliblər.

"Şemrok Rovers"in heyətində Qrem Börk, Roberto Lopes və Aaron Qrin fərqləniblər. "Eqnatiya"nın yeganə qoluna isə Gilyem Hayme imza atıb.

Komandalar arasında cavab qarşılaşması avqustun 13-də keçiriləcək.

Digər görüşdə isə Şimali İrlandiyanın "Larne" klubu Gürcüstanın "İberiya 1999" komandası ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Bu cütün cavab oyunu bir həftə sonra keçiriləcək.







Avroliqa