7 avqust 2026. Cümə

Semih Kılıçsoy "Beşiktaş"a qələbə qazandırdı


  • Avroliqa
  • 23:01 06.08.2026
  • Oxunma sayı: 28
Semih Kılıçsoy "Beşiktaş"a qələbə qazandırdı

"Beşiktaş" UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Çexiya təmsilçisi "Hradec Kralove" ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Türkiyə klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 71-ci dəqiqəsində Ouatara qırmızı vərəqə alaraq meydandan qovulduqdan sonra "Beşiktaş" oyunu 10 nəfərlə davam etdirib. Buna baxmayaraq, İstanbul təmsilçisi 80-ci dəqiqədə Semih Kılıçsoyun vurduğu qolla qalib gəlməyi bacarıb.

Komandalar arasında cavab görüşü avqustun 13-də, saat 20:00-da "Beşiktaş"ın meydanında keçiriləcək. Bu cütün qalibi UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, bu qələbə "Beşiktaş"ın Avropa kubokları tarixində 100-cü qalibiyyəti kimi qeydə alınıb.







Avroliqa