7 avqust 2026. Cümə

"Reyncers" uduzdu, ÇSKA-dan inamlı qələbə


  • Avroliqa
  • 23:23 06.08.2026
  • Oxunma sayı: 41
"Reyncers" uduzdu, ÇSKA-dan inamlı qələbə

Cümə axşamı UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində üç qarşılaşma baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, Finlandiyanın "KuPS" klubu ilə Rumıniyanın "Universitatya Krayova" komandası qalibi müəyyənləşdirə bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda ilk qolu 39-cu dəqiqədə qonaqlar vurub. Rumıniya təmsilçisinin heyətində Ştefan Bayaram fərqlənib. Finlandiya klubunun bərabərlik qoluna isə Hayme Moreno imza atıb.

Digər görüşdə Polşanın "Yagelloniya" klubu doğma meydanda Şotlandiyanın "Reyncers" komandasını 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada hesabı qonaqlar açıb. Qilyermo Montoya avtoqol müəllifi olub. Lakin "Yagelloniya" Kayetan Şmitin dublu sayəsində əzmkar qələbə qazanıb.

Günün daha bir oyununda isə Tel-Əviv "Makkabi"si Sofiya ÇSKA-sına böyük hesabla uduzub - 0:3. Bolqarıstan klubunun qollarını Maks Ebon, Leandro Qodoy və Yoel Zvarts vurublar.







Avroliqa