- Avroliqa
- 23:33 06.08.2026
UEFA Avropa Liqasının III təsnifat mərhələsində Avstriyanın "Red Bull Zalsburq" və Kiprin "Pafos" komandaları arasında keçirilən oyun əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılıb.
90deqiqe.Az-ın məlumatına görə, "Red Bull Arena"da baş tutan qarşılaşma artıq 16-cı dəqiqədə saxlanılıb.
Buna səbəb güclü yağışdan sonra meydanın su altında qalması olub. Qazonun üzərində yaranan su səbəbindən top demək olar ki, hərəkət etməyib və oyunun davam etdirilməsi mümkün olmayıb.
Meydanın vəziyyətini qiymətləndirən hakim görüşün bu şəraitdə davam etdirilməsinin təhlükəli olduğunu nəzərə alaraq qarşılaşmanı dayandırmaq qərarına gəlib.
Avstriya klubunun sosial şəbəkə hesablarında isə vəziyyətə zarafatla münasibət bildirilib. Azarkeşlər stadiondakı mənzərənin futbol yox, su polosu matçına daha uyğun olduğunu qeyd ediblər.
Qarşılaşmanın Bakı vaxtı ilə 23:15-də bərpa olunub.