7 avqust 2026. Cümə

“Benfika” “Harts”ı darmadağın etdi


  • Avroliqa
  • 01:27 07.08.2026
  • Oxunma sayı: 38
“Benfika” “Harts”ı darmadağın etdi

“Benfika” UEFA Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə inamlı qələbə ilə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Lissabon təmsilçisi doğma meydanda Şotlandiyanın “Harts” klubunu qəbul edib və rəqibini 6:1 hesabı ilə məğlub edib.

“Qartallar” qarşılaşmada hesabı artıq 3-cü dəqiqədə açıblar. Rafael Silva fərqlənib, məhsuldar ötürmə isə Leandro Barreyronun aktivinə yazılıb. Bir müddət sonra Tomaş Araujonun qolu ilə üstünlüyünü artıran Portuqaliya klubu ilk hissənin sonlarına yaxın Vangelis Pavlidisin qolu sayəsində fərqi daha da böyüdüb.

İkinci hissədə “Benfika” daha üç dəfə rəqib qapısına yol tapıb. Cankluka Prestyanni, Con Duran və Andreas Şelderup (penaltidən) komandasının böyük hesablı qələbəsini rəsmiləşdiriblər.

Digər qarşılaşmada Avstriyanın “Red Bull Zalsburq” komandası Kiprin “Pafos” klubunu qəbul edib. Meydan sahibləri minimal hesablı qələbə qazanıblar. Görüşdə yeganə qolu Haris Tabakoviç vurub.

Komandalar arasında cavab oyunları bir həftə sonra keçiriləcək.







Avroliqa