12 avqust 2026. Çərşənbə

“İberiya 1999” Avropa Liqasında pley-offa yüksəlib


  • Avroliqa
  • 23:50 11.08.2026
  • Oxunma sayı: 33
“İberiya 1999” Avropa Liqasında pley-offa yüksəlib

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “İberiya 1999” klubu Şimali İrlandiyanın “Larn” komandasını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, ilk görüşdə qolsuz heç-heçə qeydə alındığından komandalar cavab qarşılaşmasında da ehtiyatlı oyuna üstünlük veriblər. İlk hissədə azarkeşlər qol izləməyiblər.

Matçın 74-cü dəqiqəsində meydan sahibləri hesabı açıblar. Vaxo Bedoşvilinin dəqiq zərbəsindən sonra “İberiya 1999” önə keçib. Qola Aleksandr Amisulaşvili məhsuldar ötürmə ilə assist edib.

“Larn” isə cəmi iki dəqiqə sonra hesabı bərabərləşdirib. 76-cı dəqiqədə Ceyms Simpson fərqlənərək komandası üçün bərabərlik qolunu vurub.

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb və qalib müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac yaranıb.

Əlavə vaxtda “İberiya 1999” rəqibini məyus etməyi bacarıb. Qarşılaşmanın 102-ci dəqiqəsində Andria Bartiçvilinin məhsuldar ötürməsindən sonra Nika Sixarulaşvili topu qapıdan keçirərək komandasına qələbə qazandırıb.

Beləliklə, “İberiya 1999” iki oyunun nəticəsinə əsasən “Larn”ı məğlub edərək Avropa Liqasının növbəti mərhələsinə yüksəlib.







Avroliqa