23 oktyabr 2024. Çərşənbə

Uğurlu debütdən sonra Qarabağ'a uduzduq - Düdelanj'ın baş məşqçisi


  • Avroliqa
  • 10:42 17.10.2019
  • Oxunma sayı: 481
Uğurlu debütdən sonra Qarabağ'a uduzduq - Düdelanj'ın baş məşqçisi

"Düdelanj"ın baş məşqçisi Bertrand Krasson bu mövsüm Avropa Liqasındakı çıxışları barədə danışıb.

Corner.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o, qrup mərhələsində APOEL və "Qarabağ"la oyunları xatırladıb:

"APOEL-ə qarşı Nikosiyadakı oyunumuz əsl cəsarət, inanılmaz və tarixi bir hadisə idi. Bunu həmişə xatırlayacam. Mənim üçün uğurlu debüt oldu. Amma sonra "Qarabağ"a məğlub olduq. Həmin matç isə başdan sona qədər rəqibin istədiyi tempdə keçdi. İndi "Sevilya" ilə ardıcıl iki oyunumuz olacaq. Hamı hər iki matçda məğlub olacağımızı düşünürlər. Ancaq biz şansımızı yoxlayacağıq. Bizim üçün prioritet hədəf çempionatda vəziyyətimizi yaxşılaşdırmaqdır".

Qeyd edək ki, ilk turda səfərdə APOEL üzərində 4:3 hesablı qələbə qazanan "Düdelanj" 2-ci turda doğma meydanda "Qarabağ"a uduzub - 1:4.(qol)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi