- Avroliqa
- 23:08 13.08.2026
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Beşiktaş” doğma meydanda Çexiyanın “Hradeç Kralove” klubunu 1:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, ilk görüşdə də eyni hesabla qalib gələn İstanbul təmsilçisi iki oyunun nəticəsinə əsasən 2:0 hesablı üstünlük əldə edərək turnirin pley-off mərhələsinə yüksəlib.
“Tüpraş” stadionunda keçirilən qarşılaşmada yeganə qol 40-cı dəqiqədə Vaclav Çerninin ifasında qeydə alınıb.
“Beşiktaş” pley-off mərhələsində Litvanın “Kauno Jalgiris” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, İstanbul təmsilçisinin “Arsenal”dan transfer etdiyi Leandro Trossard 66-cı dəqiqədə meydana daxil olub. Belçikalı futbolçu bununla da “Beşiktaş”ın heyətində ilk oyununa çıxıb.