- Avroliqa
- 23:08 13.08.2026
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı rəqib müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi bu mərhələdə Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək.
“Tvente” III təsnifat mərhələsində Slovakiyanın DAK 1904 klubunu mübarizədən kənarlaşdırıb. Niderland təmsilçisi ilk görüşdə rəqibini 6:0 hesabı ilə məğlub edib, cavab qarşılaşmasında isə 3:3 hesablı heç-heçə edib.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubunu üstələyib. Polşada keçirilən ilk oyunda 0:1 hesabı ilə məğlub olan “köhlən atlar” Bakıda rəqibini 2:0 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.