- Avroliqa
- 01:13 14.08.2026
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Harts” Şotlandiyada “Benfika”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, ilk görüşdə rəqibinə 1:6 hesabı ilə uduzan şotlandların mərhələni keçmək şansı demək olar ki, yox idi. Qarşılaşmanın ilk hissəsində komandalar fərqlənə bilməyib.
“Harts” 77-ci dəqiqədə hesabı açıb. Tomas Maqnusson meydan sahiblərini önə keçirib.
Lakin şotlandların sevinci uzun çəkməyib. Cəmi iki dəqiqə sonra Dodi Lukebakio hesabı bərabərləşdirib.
Qalan dəqiqələrdə tərəflərdən heç biri fərqlənməyib və görüş 1:1 hesabı ilə başa çatıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Benfika” mübarizəni davam etdirib.
Digər qarşılaşmada isə Albaniyanın “Egnatiya” klubu doğma meydanda İrlandiyanın “Şemrok Rovers” komandasını 5:1 hesabı ilə darmadağın edib.
Bu nəticə sayəsində “Egnatiya” Avropa Liqasının əsas mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirir.