- Avroliqa
- 01:44 15.08.2026
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Lex” səfərdə “Klaksvik”i darmadağın edib.
90deqiqe.Az-ın məlumatına görə, Polşa təmsilçisi Farer adalarında keçirilən qarşılaşmada 5:0 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə görə isə “Lex” 6:0 hesabı ilə üstün olub.
Qonaqlar 20-ci dəqiqədə Sayyadmaneşin qolu ilə hesabı açıblar.
İkinci hissənin əvvəlində Rodriges fərqi iki topa çatdırıb. 75-ci dəqiqədə Kozubal üçüncü qolu vurub. Matçın sonlarında isə “Lex” daha iki dəfə fərqlənib. 89-cu dəqiqədə Hakans hesabı 4:0 edib, 90+2-ci dəqiqədə Valemark yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, “Lex” iki oyunun nəticəsinə əsasən 6:0 hesablı qələbə qazanaraq Avropa Liqasının təsnifat mərhələsində mübarizəni davam etdirəcək.
“Kİ Klaksvik” isə turnirdə çıxışını başa vurub.
Avropa Liqası – III təsnifat mərhələsi, cavab oyunu
“Klaksvik” – “Lex” – 0:5 (ilk oyun – 0:1)
Qollar: Sayyadmaneş, 20; Rodriges, 50; Kozubal, 75; Hakans, 89; Valemark, 90+2.