- Avroliqa
- 23:46 20.08.2026
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Türkiyənin “Beşiktaş” klubu doğma meydanda Litvanın “Kauno Jalgiris” komandasını qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi azarkeşlərini sevindirərək rəqibini 3:0 hesabı ilə məğlub edib.
“Beşiktaş” hesabı artıq 6-cı dəqiqədə açıb. Rıdvan Yılmazın ötürməsindən sonra Oh Hyon-kyu fərqlənib. Bir qədər sonra Amir Murillo meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.
Qarşılaşmada son nöqtəni 60-cı dəqiqədə Orkun Kökçü qoyub. Türkiyə millisinin üzvü penaltini dəqiq yerinə yetirərək komandasının üçüncü qolunu vurub.
Günün digər oyununda Rumıniyanın “Universitatya” (Krayova) klubu Ermənistanın “Ararat-Armeniya” komandası ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Nikuşor Banku, qonaqlarda isə Aleksandros Malis fərqlənib.
Komandalar arasında cavab oyunları 27 avqustda keçiriləcək.