21 avqust 2026. Cümə

Avropa Liqasında “Benfika” və “Srvena Zvezda”dan qələbə


  • Avroliqa
  • 02:14 21.08.2026
  • Oxunma sayı: 36
Avropa Liqasında “Benfika” və “Srvena Zvezda”dan qələbə

UEFA Avropa Liqasının təsnifat mərhələsinin pley-off raundunda daha bir neçə ilk oyun keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Portuqaliyanın “Benfika” klubu doğma meydanda Danimarkanın “AGF Orhus” komandasını qəbul edib. Meydan sahibləri rəqibini 3:1 hesabı ilə məğlub ediblər.

“Benfika” hesabı artıq 2-ci dəqiqədə açıb. Rafael Silva dəqiq zərbə ilə komandasını önə keçirib. Bir qədər sonra Leandro Barreiro fərqi iki topa çatdırıb.

Danimarka təmsilçisi 36-cı dəqiqədə hesabı azaldıb. Sebastian Yorgensen fərqlənərək komandasına ümid verib. Lakin qarşılaşmanın sonlarında Vangelis Pavlidis “Benfika”nın üçüncü qolunu vuraraq oyunda son nöqtəni qoyub.

Günün digər görüşündə Serbiyanın “Srvena Zvezda” klubu Çexiyanın “Viktoriya Plzen” komandasını qəbul edib. Meydan sahibləri inamlı oyun nümayiş etdirərək 3:0 hesablı qələbə qazanıblar.

“Srvena Zvezda”nın qələbəsinin əsas qəhrəmanı Mirko İvaniç olub. O, 36-cı dəqiqədə hesabı açıb, 53-cü dəqiqədə isə dubl edərək komandasının üstünlüyünü daha da artırıb.

Serbiya təmsilçisinin üçüncü qolunu 90-cı dəqiqədə Aleksandar Katai vurub.







Avroliqa