27 avqust 2026. Cümə axşamı

“Beşiktaş” məğlub olsa da, Avropa Liqasının əsas mərhələsinə yüksəldi


  • Avroliqa
  • 22:57 27.08.2026
  • Oxunma sayı: 45
“Beşiktaş” məğlub olsa da, Avropa Liqasının əsas mərhələsinə yüksəldi

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Türkiyənin “Beşiktaş” klubu səfərdə Litvanın “Kauno Jalgiris” komandasına 0:1 hesabı ilə məğlub olub.

90deqiqe.Az xəbər verir ki, Kaunasda yerləşən Dariaus və Girėnas Stadionunda keçirilən qarşılaşmada ilk hissədə hesab açılmayıb.

Matçın 64-cü dəqiqəsində Renan Oliveyra fərqlənərək meydan sahiblərini hesabda önə keçirib.

Qalan dəqiqələrdə “Beşiktaş” hesabı dəyişməyə imkan verməyib və qarşılaşma “Kauno Jalgiris”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İstanbulda keçirilən ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən “Beşiktaş” iki oyunun nəticəsinə əsasən 3:1 hesabı ilə üstün olub.

Beləliklə, səfərdəki məğlubiyyətə baxmayaraq, Türkiyə təmsilçisi UEFA Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.







Avroliqa