- Avroliqa
- 01:23 28.08.2026
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Trabzonspor” səfərdə Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan Türkiyə təmsilçisi cavab görüşündə də ağır məğlubiyyətlə üzləşib. “Trabzonspor” 9 nəfərlə tamamladığı qarşılaşmada meydan sahiblərinə 0:4 hesabı ilə məğlub olub.
Türkiyə klubunun iki futbolçusu qırmızı vərəqə ilə meydandan qovulub. 12-ci dəqiqədə Malinovski, 57-ci dəqiqədə isə Kabral komandasını azlıqda qoyub.
Beləliklə, iki oyunun nəticəsinə əsasən “Ferentsvaroş” UEFA Avropa Liqasının əsas mərhələsinə yüksəlib, “Trabzonspor” isə mübarizəni Konfrans Liqasının liqa mərhələsində davam etdirəcək.