- Avroliqa
- 01:23 28.08.2026
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya Plzen” doğma meydanda “Srvena Zvezda”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən Serbiya klubu cavab matçında şok nəticə ilə üzləşib.
Meydan sahibləri 8-ci dəqiqədə Prins Aduyun qolu ilə hesabı açıb. Lakin Mirko İvaniç az sonra fərqlənərək “Srvena Zvezda”ya üstünlük qazandırıb.
İkinci hissədə Denis Vişinski və Patrik Qroşovski “Viktoriya Plzen”i hesabda önə keçiriblər. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Kristof Kabonqo penaltini dəqiq yerinə yetirərək komandasının ümumi hesabda üstünlüyünü təmin edib və oyunu əlavə vaxta daşıyıb.
Əlavə vaxtda daha iki qol vuran Çexiya təmsilçisi yekunda 5:1 hesablı qələbə qazanıb. Beləliklə, “Viktoriya Plzen” iki oyunun nəticəsinə əsasən 5:4 hesabı ilə qalib gələrək Avropa Liqasının əsas mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Srvena Zvezda” ikinci hissənin böyük bölümünü Osmanın Bukarinin qırmızı vərəqə alması səbəbindən 10 nəfərlə keçirib.