28 avqust 2026. Cümə

Avropa Liqasının əsas mərhələsinə yüksələn komandalar bəlli oldu


  • Avroliqa
  • 01:11 28.08.2026
  • Oxunma sayı: 45
Avropa Liqasının əsas mərhələsinə yüksələn komandalar bəlli oldu

UEFA Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanan növbəti komandalar müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, Portuqaliyanın “Benfika” klubu həlledici təsnifat mərhələsini uğurla başa vurub. Lissabon təmsilçisi avqustun 27-də səfərdə Danimarkanın “AGF Orhus” klubuna 3:1 hesabı ilə qalib gəlib. Qonaqların heyətində Canluka Prestyanni dubl edib, Rafael Silva isə bir dəfə fərqlənib.

Macarıstanın “Ferentsvaroş” klubu isə doğma meydanda “Trabzonspor”u darmadağın edib – 4:0. Türkiyə təmsilçisi qarşılaşmanı 9 nəfərlə başa vurub. Meydan sahiblərinin qollarını Kallum O'Dauda, Marius Korbu, Bamidele Yusif və Kristian Lişteş vurublar.

Belçikanın “Anderlext” klubu da təsnifat mərhələsini adlayıb. Belçika təmsilçisi iki oyunun nəticəsinə əsasən Qazaxıstanın “Kayrat” klubunu üstələyərək Avropa Liqasının əsas mərhələsinə yüksəlib.







Avroliqa