- Avroliqa
- 01:23 28.08.2026
UEFA Avropa Liqasının 2026/27 mövsümünün əsas mərhələsində mübarizə aparacaq bütün komandaların adları müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, turnirin əsas mərhələsində ümumilikdə 36 klub iştirak edəcək.
Avropa Liqasının 2026/27 mövsümünün əsas mərhələsinə birbaşa vəsiqə qazanan komandalar:
“AZ Alkmaar” (Niderland), “Bayer” və “Hoffenhaym” (Almaniya), “Bornmut”, “Kristal Pelas”, “Sanderlend” (İngiltərə), “Selta”, “Real Sosyedad” (İspaniya), “Milan”, “Yuventus” (İtaliya), “Marsel”, “Renn” (Fransa), “Torreense” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Union Sent-Jilua” (Belçika), “Sparta” Praqa (Çexiya) və “Şturm” (Avstriya).
Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda məğlub olan komandalar:
“NEK Neymegen” (Niderland), “Lion” (Fransa), “Hapoel Beer-Şeva” (İsrail), “Çelye” (Sloveniya), “Dinamo” Zaqreb (Xorvatiya), “Seltik” (Şotlandiya) və “Levski” (Bolqarıstan).
Avropa Liqasının pley-off mərhələsini uğurla başa vuran komandalar:
“Yagelloniya” (Polşa), “Ararat-Ermənistan” (Ermənistan), “Lillestrem” (Norveç), “Beşiktaş” (Türkiyə), “Viktoriya Plzen” (Çexiya), “Omoniya” (Kipr), “Red Bull Zalsburq” (Avstriya), OFİ (Yunanıstan), “Benfika” (Portuqaliya), “Lex” Poznan (Polşa), “Anderlext” (Belçika) və “Ferentsvaroş” (Macarıstan).
Beləliklə, 2026/27 mövsümündə Avropa Liqasının əsas mərhələsində 36 komanda mübarizə aparacaq.