- Avroliqa
- 15:55 28.08.2026
UEFA Avropa Liqasının əsas mərhələsinin püşkü atılıb.
90deqiqe.Az-ın məlumatına görə, Monakoda keçirilən püşkatma nəticəsində Türkiyənin “Beşiktaş” klubunun da turnirdəki rəqibləri müəyyənləşib.
İstanbul təmsilçisi səfərdə Almaniyanın “Bayer” və “Hoffenhaym”, Şotlandiyanın “Seltik”, eləcə də Kiprin “Omoniya” komandaları ilə qarşılaşacaq.
“Beşiktaş” ev oyunlarında isə Fransanın “Marsel”, Belçikanın “Union”, İngiltərənin “Kristal Pelas” və İsrailin “Hapoel” (Beer-Şeva) klublarını qəbul edəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının əsas mərhələsində komandalar ümumi liqa formatında mübarizə aparırlar.