17 dekabr 2025. Çərşənbə

Qarabağ - APOEL oyununun hakimləri açıqlandı


  • Avroliqa
  • 14:56 21.10.2019
  • Oxunma sayı: 533
Qarabağ - APOEL oyununun hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - APOEL matçının hakimləri müəyyənləşib.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona yan xətdə Frantişek Ferenç və Yan Pozor kömək edəcək. Dördüncü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:55-də başlayacaq.







Avroliqa