- Avroliqa
- 21:15 07.09.2026
UEFA Avropa Liqasında mübarizə aparacaq Türkiyənin “Beşiktaş” klubunun “Hapoel Beer Şeva” ilə keçirəcəyi qarşılaşmanın ünvanı dəyişdirilib.
90deqiqe.Az-ın “HT Spor”a istinadən məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən qəbul edilib.
İlkin olaraq İstanbulun Dolmabaxça ərazisində yerləşən stadionda keçirilməsi planlaşdırılan qarşılaşma Gürcüstanın Batumi şəhərinə təyin olunub.
Bildirilib ki, UEFA-nın qərarından sonra stadionun ətrafında və qarşılaşmanın keçiriləcəyi ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri görüləcək.
Qeyd edək ki, “Beşiktaş” UEFA Avropa Liqasının əsas mərhələsində İsrailin “Hapoel Beer Şeva” klubu ilə qarşılaşacaq.