29 yanvar 2026. Cümə axşamı

APOEL - Qarabağ matçının biletləri satışa çıxarıldı


  • Avroliqa
  • 11:08 22.10.2019
  • Oxunma sayı: 436
APOEL - Qarabağ matçının biletləri satışa çıxarıldı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" görüşünün biletləri satışa çıxarılıb.

Corner.az-ın Kipr mətbuatına istinadən məlumatına görə, yerli azarkeşlər bu gündən IV tur oyunu üçün bilet sifariş edə bilərlər.

Əvvəlcə APOEL fanatları bir həftə ərzində biletlərini əldə edə biləcəklər. Oktyabrın 29-dan etibarən isə hər kəs bu imkanı qazanacaq. Biletlərin qiyməti 14 yaşadək uşaqlar üçün 5 avro, 14-20 yaş arası tələbələr üçün 10 avro, böyüklər üçün isə 15-20-25-35-50 (tribunalara uyğun) avroyadı. IV turun oyunu noyabrın 7-də Nikosiyada baş tutacaq.

Qeyd edək ki, bu komandalar III tur çərçivəsində oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.







Avroliqa