17 sentyabr 2026. Cümə axşamı

Bremer “Yuventus”un tarixinə düşmək və Avropa Liqasını qazanmaq istəyir


  • Avroliqa
  • 23:22 16.09.2026
  • Oxunma sayı: 10
Bremer “Yuventus”un tarixinə düşmək və Avropa Liqasını qazanmaq istəyir

“Yuventus”un kapitanı Qleyson Bremer klubun tarixinə düşmək və Avropa Liqasının qalibi olmaq istədiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı müdafiəçi turnirin əsas mərhələsinin ilk turunda NEK-lə keçiriləcək matç öncəsi UEFA-nın rəsmi saytına müsahibə verib.

“Burada klubun tarixinə düşmüş çoxsaylı müdafiəçilər var. Xüsusilə Qaetano Şireanı qeyd etmək olar. Özümü onlarla müqayisə etmək mənim üçün çox çətin olardı, çünki üzərimdə böyük təzyiq var. Lakin ümid edirəm ki, mən də öz izimi buraxa biləcəyəm. Meydanda hər zaman 100 faizimi verməyə çalışacağam”, – deyə Bremer bildirib.

Braziliyalı futbolçu komandanın baş məşqçisi Luçano Spallettinin də rolunu xüsusi vurğulayıb.

“O, bizə istiqamət verdi, yolumuzu göstərdi. Onun rəhbərliyi altında əhəmiyyətli dərəcədə inkişaf etmişik. O, yüksək səviyyəli məşqçi və çempiondur. Hər gün məqsədlərimizə çatmağımıza kömək edir”, – deyə Bremer əlavə edib.

Qeyd edək ki, “Yuventus” – NEK qarşılaşması sentyabrın 17-də keçiriləcək.







Avroliqa