17 sentyabr 2026. Cümə axşamı

“Beşiktaş”a “Marsel” oyunu öncəsi daha bir zərbə


  • Avroliqa
  • 23:34 16.09.2026
  • Oxunma sayı: 41
“Beşiktaş”a “Marsel” oyunu öncəsi daha bir zərbə

UEFA Avropa Liqasının liqa mərhələsinin ilk turunda “Beşiktaş” doğma meydanda “Marsel”i qəbul edəcək.

90deqiqe.Az-ın “HT Spor"a istinadən məlumatına görə, matç öncəsi İstanbul təmsilçisinə Leandro Trossarddan sonra kapitan Orkun Kökçüdən də pis xəbər gəlib.

25 yaşlı futbolçunun ayaq barmağında problem yaranıb. Onun vəziyyəti bu gün günorta saatlarında tibbi müayinədən keçiriləcək.

Yoxlamaların nəticəsindən sonra Orkun Kökçünün “Marsel”lə qarşılaşmada meydana çıxıb-çıxmayacağı dəqiqləşəcək.

Qeyd edək ki, “Beşiktaş” – “Marsel” oyunu sabah “Tüpraş” stadionunda keçiriləcək.







Avroliqa