- Avroliqa
- 01:21 17.09.2026
UEFA Avropa Liqasının liqa mərhələsinin ilk turunda “Benfika” səfərdə “Milan”a qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, “San Siro” stadionunda keçirilən qarşılaşmada Portuqaliya təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.
“Benfika”nın qollarını 16-cı dəqiqədə Dodi Lukebakio və 53-cü dəqiqədə Yakub Kaminski vurublar.
Beləliklə, turnirə 3 xalla başlayan “Benfika” milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ikinci turda doğma meydanda “Seltik”i qəbul edəcək.
“Milan” isə növbəti görüşünü səfərdə “Zaltsburq”a qarşı keçirəcək.