17 sentyabr 2026. Cümə axşamı

Avropa Liqasında daha üç oyun başa çatıb


  • Avroliqa
  • 01:18 17.09.2026
  • Oxunma sayı: 38
Avropa Liqasında daha üç oyun başa çatıb

UEFA Avropa Liqasının 2026/27 mövsümünün əsas mərhələsinin ilk turunda daha üç qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Anderlext” doğma meydanda Fransanın “Lion” klubuna 1:2 hesabı ilə uduzub. Qonaqlar 8-ci dəqiqədə Noa Narti ilə hesabı açıblar. Keyto Nakamura 24-cü dəqiqədə “Lion”un üstünlüyünü iki topa çatdırıb. 61-ci dəqiqədə Mixaylo Tsvetkoviç belçikalıların fərqi azaltmasına imkan verib.

Günün digər oyununda “Olimpiakos” Pireydə “Yagelloniya”nı 2:1 hesabı ilə məğlub edib. Yunanıstan təmsilçisinin qollarını Armando Qonsales və Roman Yaremçuk vurublar.

İngiltərədə isə “Sanderlend” AZ Alkmaar üzərində minimal hesablı qələbə qazanıb – 1:0.







Avroliqa