17 sentyabr 2026. Cümə axşamı

Avropa Liqasında daha üç matç başa çatdı


  • Avroliqa
  • 01:21 17.09.2026
  • Oxunma sayı: 39
Avropa Liqasında daha üç matç başa çatdı

UEFA Avropa Liqasının 2026/27 mövsümünün əsas mərhələsində daha üç qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Bayer” Leverkuzen şəhərində “Çelye”ni qəbul edib. Almaniya təmsilçisi doğma meydanda 2:0 hesablı qələbə qazanıb. Qolları Svayt Seşlar (avtoqol) və Fakundo Medina vurublar.

Günün digər oyununda “Hapoel” (Beer-Şeva) ilə Zaqreb “Dinamo”su heç-heçə edib.

Avstriyanın “Şturm” və Fransanın “Renn” klubları arasında görüş də qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Qeyd edək ki, Avropa Liqasının son qalibi İngiltərənin “Aston Villa” klubudur. Unay Emerinin komandası finalda Almaniyanın “Frayburq” klubunu 3:0 hesabı ilə məğlub edib.







Avroliqa