18 sentyabr 2026. Cümə

“Real Sosyedad” evdə “Bornmut”a uduzdu


  • Avroliqa
  • 01:00 18.09.2026
  • Oxunma sayı: 24
“Real Sosyedad” evdə “Bornmut”a uduzdu

UEFA Avropa Liqasının 2026/27 mövsümünün əsas mərhələsinin ilk turunda “Real Sosyedad” və “Bornmut” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma İngiltərə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Bornmut” matça daha fəal başlayıb və 11-ci dəqiqədə hesabı açıb. Castin Klyuvert Adrien Trüfferin ötürməsindən sonra fərqlənib.

İngiltərə təmsilçisi 20-ci dəqiqədə fərqi artırıb. Bu dəfə Rayan komandasının ikinci qoluna imza atıb.

İkinci hissədə “Real Sosyedad” fəallığını artırıb. İspaniya klubu 58-ci dəqiqədə Serxio Qomesin qolu ilə hesab arasındakı fərqi minimuma endirib.

Lakin meydan sahibləri qalan dəqiqələrdə hesabı bərabərləşdirə bilməyiblər və “Bornmut” səfərdə 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Real Sosyedad”ın rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryan oyuna 84-cü dəqiqədə daxil olub. O, qarşılaşmada məhsuldar hərəkətlərlə yadda qalmayıb.







Avroliqa