- Avroliqa
- 01:11 18.09.2026
UEFA Avropa Liqasının 2026/27 mövsümünün əsas mərhələsinin ilk turunda daha 4 qarşılaşma keçirilib.
90deqiqe.Az xəbər verir ki, “Seltik” doğma meydanda “Ferentsvaroş”a 1:3 hesabı ilə uduzub.
Qonaqlar 20-ci dəqiqədə Bamidele Yusifin qolu ilə hesabı açıblar. İlk hissənin sonlarında Mika Baor “Seltik”in bərabərlik qolunu vurub. İkinci hissədə Kristoffer Zaxariassen və Daniel Arzani fərqlənərək Macarıstan klubuna qələbə qazandırıblar.
“Kristal Pelas” isə evdə “Lex”i inamlı şəkildə məğlub edib. London klubunun qollarını Yeremi Pino, Kris Riçards, Yorgen Strann Larsen (penalti) və Eddi Nketia vurublar.
Digər qarşılaşmalarda “Viktoriya” (Plzen) doğma meydanda “Union” (Sent-Jilloz) klubuna 0:3 hesabı ilə uduzub.
“Torense” isə səfərdə “Lillestrem”ə qalib gəlib – 2:1.