- Avroliqa
- 01:11 18.09.2026
UEFA Avropa Liqasının 2026/27 mövsümünün əsas mərhələsinin ilk turunda “Beşiktaş” doğma meydanda “Marsel”i qəbul edib.
90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi Fransa klubunu 4:1 hesabı ilə darmadağın edib.
“Beşiktaş” 15-ci dəqiqədə hesabı açıb. Junior Olaytanın ötürməsindən sonra İlhan Fakili dəqiq zərbə ilə fərqlənib.
“Marsel” 30-cu dəqiqədə Kaylian Abdallanın qolu ilə hesabı bərabərləşdirib.
İkinci hissədə isə meydan sahibləri üstünlüyü ələ alıblar. 56-cı dəqiqədə Vatslav Çernı “Beşiktaş”ı yenidən önə keçirib. Üç dəqiqə sonra Amir Murilyo fərqi iki topa çatdırıb.
Ernest Poku 79-cu dəqiqədə İstanbul klubunun dördüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 4:1.