23 noyabr 2024. Şənbə

Heç-heçədə pis nəticə deyil - Ailton


  • Avroliqa
  • 00:09 25.10.2019
  • Oxunma sayı: 498
Heç-heçədə pis nəticə deyil - Ailton

"Aydın məsələdir ki, çətin oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Görünən də bu idi. Ümid edirəm ki, APOEL-lə cavab oyununda da xal qazanacağıq. Ümumi götürsək, bugünkü heç-heçəni pis nəticə saymaq olmaz”.

Corner.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Ailton Silva Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə heç-heçə etdikləri oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı müdafiəçi matçın çətin olduğunu bildirib: “Biz əlimizdən gələni etdik. Siz də gördünüz ki, rəqib necə müdafiəyə qapanmışdı. APOEL-in müdafiəsini yarmaq çox da asan olmadı. Ən azından biz əlimizdən gələni etdik, sona qədər cəhd elədik. Amma futbolda hər zaman hər istədiyin olmur. Buna görə də üzülməyə dəyməz”.

"Qarabağ"ın bərabərlik qolunu vuran 24 yaşlı futbolçu bu barədə də danışıb: “Əgər sən oyundasansa, səhv etməyin qaçılmaz olur. Təbii ki, çalışmalısan ki, səhv etməyəsən. Amma hər zaman istədiyin kimi olmur. İlk buraxdığımız qolda qaydanı pozduğum epizoddan sonra topun qarşısını ala bilərdik, amma bunu bacarmadıq. Qol vurmağıma gəldikdə isə mən hücumameyilli oyunçuyam. Ancaq çalışacağam ki, daha da öz üzərimdə işləyib, qarşıdakı oyunlarda komandama kömək edim”.(qol)







Avroliqa