23 oktyabr 2024. Çərşənbə

Sevilya'dan qələbə, Beşiktaş uduzdu


  • Avroliqa
  • 01:22 25.10.2019
  • Oxunma sayı: 729
Sevilya'dan qələbə, Beşiktaş uduzdu

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Türkiyə klublarından “Beşiktaş” “Braqa”nı, “Trabzonspor” “Krasnodar”ı, “Başakşəhər” isə “Volfsberq”i qəbul edib. “Beşiktaş”la “Trabzonspor” məğlub olubsa, “Başakşəhər” minimal hesablı qələbə qazanıb.

Millimizin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” bu turda səfərdə “Sent-Etyen”in qonağı olub və heç-heçəyə razılaşıb. Qrupun digər oyunuda “Volfsburq” “Gent”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu görüşdə də qalib müəyyənləşməyib.

İngiltərənin “Mançester Yunayted” klubu bu turda səfərdə Serbiya “Partizan”ının qonağı olub və minimal hesablı qələbə qazanıb. “Arsenal”ı isə “Vitoriya” ilə ev oyununda çətinlik qələbə qazanıb.

Avropa Liqası
24 oktyabr

A qrupu

Qarabağ (Azərbaycan) – APOEL (Kipr) 2:2
Qol: D.Kintana, 13. Aylton, 58 – M.Medvedev, 29-öz qapısına. Hallenius, 45.

Sevilya (İspaniya) – Düdelanj (Lüksemburq) 3:0
Qol: F.Vaskes, 48; 75. El Haddadi, 78.

J qrupu

Roma (İtaliya) – Borussiya (Münhenqladbax, Almaniya) 1:1
Qol: Zaniolo, 32 – Ştindl, 90+5-pen.

Başakşəhər (Türkiyə) – Volfsberq (Avstriya) 1:0
Qol: İ.Kahveçi, 78.

L qrupu

Partizan (Serbiya) – Mançester Yunayted (İngiltərə) 0:1
Qol: Marsyal, 43.

Alkmaar (Hollandiya) – Astana (Qazaxıstan) 6:0
Qol: Koopmeyners, 39-pen; 83-pen. Boadu, 43. Stenqs, 77. Suqavara, 85. İdrissi, 90+2.

K qrupu

Beşiktaş (Türkiyə) – Braqa (Portuqaliya) 1:2
Qol: U.Nayir, 71 – Horta, 38. Eduardo, 80.

Slovan (Slovakiya) – Vulverhempton (İngiltərə) 1:2
Qol: Şporar, 11 – Sayss, 58. R.Ximenes, 64-pen.

H qrupu

Ludoqorets (Bolqarıstan) – Espanyol (İspaniya) 0:1
Qol: Kampuzano, 13.

ÇSKA (Moskva, Rusiya) – Ferentsvaroş (Macarıstan) 0:1
Qol: Varqa, 86.

I qrupu

Sent-Etyen (Fransa) – Aleksandriya (Ukrayna) 1:1
Qol: Qabriel, 8 – Qabriel, 14-öz qapısına.

Gent (Belçika) – Volfsburq (Almaniya) 2:2
Qol: Yaremçuk, 41; 90+4 – Veqhorst, 3. J.Viktor, 24.

G qrupu

Yanq Boyz (İsveçrə) – Feyenoord (Hollandiya) 2:0
Qol: Assale, 14; Nsame, 28.

Portu (Portuqaliya) – Reyncers (Şotlandiya) 1:1
Qol: L.Dias, 36 – Morelos, 44.

F qrupu

Arsenal (İngiltərə) – Vitoriya (Portuqaliya) 3:2
Qol: Martinelli, 32. Pepe, 80; 90+2 – Edvards, 9. Duarte, 37.

Ayntraxt (Frankfurt, Almaniya) – Standard (Lyej, Belçika) 2:1
Qol: Abraham, 28. Hinteregger, 73 – Amallah, 82.

E qrupu

Seltik (Şotlandiya) – Latsio (İtaliya) 2:1
Qol: Kristie, 67. Julien, 89 – Latsari, 40.

Renn (Fransa) – ÇFR (Kluj, Rumıniya) 0:1
Qol: Deak, 9.

D qrupu

PSV (Hollandiya) – LASK (Avstriya) 0:0

Sportinq (Portuqaliya) – Rusenborq (Norveç) 1:0
Qol: Bolasi, 70.

C qrupu

Xetafe (İspaniya) – Bazel (İsveçrə) 0:1
Qol: Frey, 18.

Trabzonspor (Türkiyə) – Krasnodar (Rusiya) 0:2
Qol: Berq, 49. Vilyena, 90+2.

B qrupu

Dinamo (Kiyev, Ukrayna) – Kopenahgen (Danimarka) 1:1
Qol: Şabanov, 53 – Sotiriu, 2.

Malmö (İsveç) – Luqano (İsveçrə) 2:1
Qol: Berget, 13. Molins, 32 – Gerndt, 50.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi