23 oktyabr 2024. Çərşənbə

Avroliqanın rəmzi komandası - Qarabağ'dan iki futbolçu var


  • Avroliqa
  • 12:32 25.10.2019
  • Oxunma sayı: 577
Avroliqanın rəmzi komandası - Qarabağ'dan iki futbolçu var

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandasını açıqlayıb.

Qol.az xəbər verir ki, ən yaxşı oyunçular arasında “Qarabağ”ın iki futbolçusu yer alıb. Bunlar ispaniyalı yarımmüdafiəçisi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silvadır. Hər iki futbolçu ötən gecə Bakıda APOEL-lə keçirilən görüşdə (2:2) qol vurub.

Qapıçı: Matvey Safonov ("Krasnodar", Rusiya) 

Müdafiəçilər: Ailton Silva ("Qarabağ", Azərbaycan), Ouen Viyndal ("Alkmaar", Niderland), Artyom Şabanov (Kiyev "Dinamo"su, Ukrayna), Sexio Eskudero ("Sevilya", İspaniya) 

Yarımmüdafiəçilər: Franko Vaskes ("Sevilya", İspaniya), Tyon Kopmeyners ("Alkmaar", Niderland), Dani Kintana ("Qarabağ", Azərbaycan) 

Hücumçular: Ussama idrissi ("Alkmaar", Niderland), Roman Yaremçuk ("Gent", Belçika), Nikolas Pepe ("Arsenal", İngiltərə) 

Qeyd edək ki, Kintana 13-cü dəqiqədə hesabı açdığı halda, Ailton 58-ci dəqiqədə bərabərlik qolunu vurub. Əlavə edək ki, Kintana Avroliqanın 2-ci turunda da rəzmi 11-likdə yer almışdı.









Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi