13 oktyabr 2026. Çərşənbə axşamı

Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb


  • Avroliqa
  • 13:15 13.10.2026
  • Oxunma sayı: 33
Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının liqa mərhələsinin II turunun qarşılaşmasını idarə edəcək.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, azərbaycanlı hakim Sloveniyada keçiriləcək “Selye” – “Omoniya” (Kipr) matçına təyinat alıb.

Elçin Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, “Selye” – “Omoniya” qarşılaşması oktyabrın 15-də keçiriləcək.







Avroliqa