13 oktyabr 2026. Çərşənbə axşamı

Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb


  • Avroliqa
  • 13:44 13.10.2026
  • Oxunma sayı: 31
Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının əsas mərhələsinin II turunun qarşılaşmasını idarə edəcək.

AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, azərbaycanlı hakim Niderlandın “Neymegen” və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək oyuna təyinat alıb.

Əliyar Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Neymegen” – “Levski” qarşılaşması oktyabrın 15-də Niderlandın Neymegen şəhərindəki “Qoffert” stadionunda keçiriləcək.







Avroliqa