- Avroliqa
- 23:11 14.10.2026
Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı hücumçu Duşan Vlahoviçin mədəsində problem yaranıb.
26 yaşlı futbolçu UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda Almaniyanın “Hoffenhaym” komandasına qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, oktyabrın 15-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.