- Avroliqa
- 23:40 14.10.2026
“Milan”ın baş məşqçisi Ruben Amorim Avropa Liqasının əsas mərhələsində “Red Bull Zalsburq”la səfər oyunu öncəsi mətbuat konfransında iştirak edib.
90deqiqe.Az-ın məlumatına görə, Amorim futbolçularını əvvəlki uğursuzluqlar üzərində çox düşünməməyə çağırıb.
“Qarşıda çoxlu oyunlarımız var və keçmiş barədə düşünə bilmərik. Növbəti matça köklənməliyik. Qələbə qazanmağa çalışacağıq və bunun üçün əlimizdən gələni edəcəyik”, – deyə baş məşqçi “Sky Sport Italia”ya açıqlamasında bildirib.
“İstənilən layihənin inkişafı üçün vaxt lazımdır, lakin indiki dövrdə bu vaxtı kifayət qədər əldə etmək mümkün deyil. Buna görə də qələbələr qazanmaq lazımdır. Bu, məni narahat etmir. Mən yalnız qalib gəlməyə köklənmişəm, qalan məsələlər isə məni maraqlandırmır”, – deyə Amorim əlavə edib.
Qeyd edək ki, İtaliya klubu turnirin ilk turunda doğma meydanda “Benfika”ya 0:2 hesabı ilə uduzub. “Milan” oktyabrın 15-də “Red Bull Zalsburq”un qonağı olacaq. Avstriya təmsilçisi turnirin ilk turunda səfərdə “Levski”ni 1:0 hesabı ilə məğlub edib.