15 oktyabr 2026. Cümə axşamı

“Daha etibarlı oynamalı və balansı qorumalıyıq”


  • Avroliqa
  • 23:40 14.10.2026
  • Oxunma sayı: 38
“Daha etibarlı oynamalı və balansı qorumalıyıq”

“Yuventus”un baş məşqçisi Luçano Spalletti Avropa Liqasının əsas mərhələsində “Selta” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az -ın məlumatına görə, sabah Viqoda baş tutacaq qarşılaşma öncəsi italiyalı mütəxəssis turnirin futbolçuları daha yaxından tanımasına və heyətdə rotasiyalar etməsinə imkan yaratdığını bildirib.

“Avropa Liqası mənə futbolçuları daha yaxşı tanımağa imkan verir. Bəzi oyunçulara şans verməli, digərlərinə isə istirahət imkanı yaratmalıyam. Qatti özünü göstərmək fürsətinə layiqdir, Voltemade isə komandamıza fayda verə bilər”, – deyə Spalletti bildirib.

Baş məşqçi “Selta”nın çalışdırıcısı Klaudio Xiraldezin işini yüksək qiymətləndirib və rəqibin heyətində təcrübəli futbolçuların olduğunu vurğulayıb.

“Onların yaxşı komandası və təcrübəli oyunçuları var. Biz zəif təsir bağışlaya bilmərik. Daha etibarlı oynamalı, balansı qorumalı və topa sahib olduğumuz zaman daha az proqnozlaşdırılan olmalıyıq”, – deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, turnirin ilk turunda “Yuventus” N.E.K.-i 5:0 hesabı ilə darmadağın edib. “Selta” isə “Omoniya”ya 0:1 hesabı ilə məğlub olub.







Avroliqa