16 oktyabr 2026. Cümə

“Lion” “Kristal Pelas”ı məğlub etdi


  • Avroliqa
  • 23:27 15.10.2026
  • Oxunma sayı: 23
“Lion” “Kristal Pelas”ı məğlub etdi

Avropa Liqasında “Lion” və İngiltərənin “Kristal Pelas” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin keçən qarşılaşma Fransa təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri oyuna fəal başlayıblar və artıq 8-ci dəqiqədə hesabı açıblar. Korenten Tolisso topu rəqib qapısından keçirərək “Lion”u önə çıxarıb. İlk hissənin əlavə olunmuş ikinci dəqiqəsində isə Ernest Nuama fərqi artıraraq komandasının fasiləyə 2:0 hesablı üstünlüklə yollanmasını təmin edib.

İkinci hissədə “Kristal Pelas” hesab arasındakı fərqi azaltmağa nail olub. Görüşün 50-ci dəqiqəsində Yeremi Pino qol vuraraq İngiltərə klubunun ümidlərini artırıb.

76-cı dəqiqədə Pavel Şulç fərqlənərək “Lion”un üstünlüyünü yenidən iki topa çatdırıb. Lakin cəmi beş dəqiqə sonra Daiti Kamada “Kristal Pelas”ın ikinci qolunu vuraraq fərqi minimuma endirib.

Qalan dəqiqələrdə hesab dəyişməyib və “Lion” çətin mübarizədən 3:2 hesablı qələbə ilə ayrılıb.







Avroliqa