5 dekabr 2025. Cümə

Dani Kintana ən yaxşı oyunçular sırasında – UEFA TOP-5-i açıqladı


  • Avroliqa
  • 10:39 26.10.2019
  • Oxunma sayı: 672
Dani Kintana ən yaxşı oyunçular sırasında – UEFA TOP-5-i açıqladı

UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turundan sonra futbolçuların reytinq cədvəlini açıqlayıb.

Corner.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı 5 futbolçu sırasına “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana da düşüb. İspaniyalı futbolçu 5110 xalla “Sevilya”lı Franko Vaskesdən (5537 xal) sonra ikinci yeri turur.

Kintana 3 qrup oyununda 184 dəqiqə meydanda olub, 2 qol vurub və 2 qolun ötürməsi ilə yadda qalıb. Onun dörd zərbəsi çərçivəyə gedib. Bundan başqa Daninin 135 ötürməsindən 108-i dəqiq olub.

İlk beşlikdə sonrakı üç yeri müvafiq olaraq Sergey Milinkoviç-Saviç (“Latsio”), Doniell Malen (PSV) və Brunu Fernandeş (“Sportinq”) tutur.







Avroliqa