16 oktyabr 2026. Cümə

“Beşiktaş” “Hoffenhaym”ı məğlub etdi


  • Avroliqa
  • 01:04 16.10.2026
  • Oxunma sayı: 32
“Beşiktaş” “Hoffenhaym”ı məğlub etdi

UEFA Avropa Liqasının əsas mərhələsində “Beşiktaş” Almaniyanın “Hoffenhaym” klubuna 3:2 hesabı ilə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, ilk hissədə komandalar fərqlənə bilməyiblər. İkinci hissədə isə Türkiyə təmsilçisi hesabı açıb. Görüşün 60-cı dəqiqəsində Amir Murillo “Beşiktaş”ı önə çıxarıb.

Lakin meydan sahibləri 68-ci dəqiqədə Fisnik Aslaninin qolu ilə hesabı bərabərləşdiriblər. “Hoffenhaym”ın sevinci uzun çəkməyib. 72-ci dəqiqədə Oh Hyon Gyu yenidən “Beşiktaş”ı hesabda önə keçirib.

Cəmi yeddi dəqiqə sonra cənubi koreyalı hücumçu ikinci qolunu vuraraq dubl edib. Koki Matida isə qarşılaşmada son nöqtəni qoyub.

Beləliklə, “Beşiktaş” gərgin keçən oyundan 3:2 hesablı qələbə ilə ayrılıb.







Avroliqa