16 oktyabr 2026. Cümə

“Yuventus” səfərdə “Selta”nı məğlub etdi


  • Avroliqa
  • 01:06 16.10.2026
  • Oxunma sayı: 47
“Yuventus” səfərdə “Selta”nı məğlub etdi

Avropa Liqasının əsas mərhələsinin ikinci turunda “Yuventus” səfərdə “Selta”ya qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Viqoda keçirilən qarşılaşma Turin təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 18-ci dəqiqədə meydan sahibləri açıblar. Uqo Alvares cərimə meydançasında topu tora göndərərək “Selta”nı önə keçirib. İspaniya təmsilçisi fasiləyədək üstünlüyünü qoruya bilib.

İkinci hissədə fəallığını artıran “Yuventus” 59-cu dəqiqədə tarazlığı bərpa edib. Nik Voltemade rəqib müdafiəsinin səhvindən yararlanaraq hesabı bərabərləşdirib.

Görüşün sonlarında qələbə qolunu isə Randal Kolo Muani vurub. Beləliklə, “Yuventus” səfərdən üç xalla qayıdıb.







Avroliqa