- Avroliqa
- 22:59 22.10.2026
UEFA Avropa Liqasının oyununda Polşanın “Lex” və İngiltərənin “Sanderlend” komandaları üz-üzə gəliblər.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçda qonaqlar hesabı artıq ikinci dəqiqədə açıblar. Timur Tüterov fürsətdən yararlanaraq “Sanderlend”i önə keçirib.
Erkən qoldan sonra ingilislər üstünlüyü qorumağa çalışıblar. Lakin meydan sahibləri ikinci hissədə hesabı bərabərləşdirməyə nail olublar. Leo Benqtsson 70-ci dəqiqədə “Sanderlend”in qapısına yol taparaq matçın yekun nəticəsini müəyyənləşdirib – 1:1.