- Avroliqa
- 01:30 23.10.2026
Avropa Liqasında “Bornmut” və “Milan” komandaları arasında keçirilən qarşılaşma İngiltərə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, meydan sahibləri oyuna fəal başlayaraq hesabı artıq 8-ci dəqiqədə açıblar. Castin Klyuvert penaltini dəqiq yerinə yetirərək “Bornmut”u hesabda önə keçirib — 1:0.
İngiltərə klubu rəqib müdafiəsinə təzyiqi davam etdirib. “Milan”ın vəziyyəti isə 28-ci dəqiqədə daha da çətinləşib. Komandanın qapıçısı Mayk Menyan qırmızı vərəqə alaraq meydandan qovulub və İtaliya təmsilçisi azlıqda qalıb.
Say üstünlüyündən tezliklə yararlanan “Bornmut” 32-ci dəqiqədə fərqi artırıb. Markus Tavernye 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı 2:0 edib.
Qarşılaşmada son nöqtəni Amin Adli qoyub və “Bornmut” rəqibini 3:0 hesabı ilə məğlub edib.